Modern.az

Ukrayna Soledardan geri çəkildi - RƏSMİ

Ukrayna Soledardan geri çəkildi - RƏSMİ

Dünya

25 Yanvar 2023, 15:34

Ukrayna müdafiə qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar yaşayış məntəqəsindən geri çəkilib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupundan Sergey Çerevatı bildirib.

 

"Biz əvvəlcədən hazırlanmış müdafiə xətlərində möhkəmləndik. Əsas tapşırığı yerinə yetirdik. Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsi olmayıb. Bu, müharibədir. Hər bir komandir öz qoşunları üçün maksimum faydaya əsaslanaraq qərarlar qəbul edir. Biz düşmənimizin özünə icazə verdiyi lüksə malik deyilik. Yəni sadəcə döyüşçüləri ölməsi üçün qabağa ata bilmərik. Biz mümkün qədər manevr etməyə, atəş açmağa, düşməni tükəndirmək üçün kiçik qrup taktikalarından istifadə etməyə çalışırıq", - Çerevatı bildirib.

 

"Əvvəllər Kiyev vilayətində, Xersonda, Xarkov əməliyyatında, Limanda əhəmiyyətli məğlubiyyətlər alması fonunda Rusiya diqqəti kiçik Soledar şəhərciyinə yönəltmək istəyir", - o qeyd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Soledarı ələ keçirdiyini açıqlasa da, rəsmi Kiyev bunu təkzib etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır