Modern.az

Baş nazir “Leopard”a görə Şoltsa təşəkkür etdi

Baş nazir “Leopard”a görə Şoltsa təşəkkür etdi

25 Yanvar 2023, 15:54

Polşanın baş naziri Mateuş Moraveyski Almaniya federal kansleri Olaf Şoltsa təşəkkür edib.

 

Modern.az xəbər veri ki, baş nazir bu barədə tviter səhifəsində yazıb.

 

Təşəkkür Ukraynaya "Leopard 2" tanklarının tədarükünə razılıq verilməsi ilə bağlı olub.

 

"Çox sağ ol, Olaf Şolts! Bu, Rusiyanı dayandırmağa yönəlmiş böyük bir addımdır. Biz birlikdə güclüyük", - deyə Moraveyski qeyd edib.

 

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da Berlinin qərarını yüksək qiymətləndirmişdilər.

 

Qeyd edək ki, Almaniyanın Nazirlər Kabineti çoxsaylı tənqidlərdən sonra bu gün Ukraynaya 14 ədəd "Leopard 2" tankının tədarükü barədə qərar qəbul edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər