Modern.az

Hərbi əməliyyatın məqsədi insanları qorumaqdır - Putin

Hərbi əməliyyatın məqsədi insanları qorumaqdır - Putin

25 Yanvar 2023, 16:14

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin əsas məqsədini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Onun sözlərinə görə, hər şeydən əvvəl, hərbi əməliyyyatların başlıca məqsədi insanları qorumaqdır.

 

"Məqsədimiz Rusiyanın özünü qorumaqdır. İnsanları qorumaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, Rusiyanın tarixi torpaqlarına qarşı hər hansı təhdid yaransın", - deyə Rusiya prezidenti qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı