Modern.az

“Leopard”ların Kiyevə çatdırılacağı tarix AÇIQLANDI

“Leopard”ların Kiyevə çatdırılacağı tarix AÇIQLANDI

25 Yanvar 2023, 16:48

Almaniyanın müdafiə naziri Boris Pistorius "Leopard" tanklarının Ukraynaya təhvil veriləcəyi tarixi açıqlayıb.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, o, 3 ay ərzində tankların Kiyevə çatdırılacağını söyləyib.

 

"Təxminən 3 ay içində tanklar Ukraynada olacaq. Əvvəlcə Ukrayna hərbçiləri onların istifadəsini öyrənməlidirlər. Tankların tədarükü barədə qərar tarixidir. Almaniya müharibə davam etdiyi müddətdə Ukraynaya silah tədarükü ilə bağlı yeni qərarlar da verəcək", - deyə nazir qeyd edib.

 

Xatırladaq ki, bu gün çoxsaylı tənqidlərdən sonra Almaniya Nazirlər Kabineti Ukraynaya "Leopard" tanklarının tədarükünü təsdiqləyib. Belə ki, 14 ədəd tank Kiyevə təhvil veriləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu