Modern.az

“Leopard” tankları münaqişəni yeni mərhələyə çıxaracaq - Rusiya səfiri

“Leopard” tankları münaqişəni yeni mərhələyə çıxaracaq - Rusiya səfiri

25 Yanvar 2023, 16:56

Almaniyanın Ukraynaya “Leopard 2” tanklarını verməsi münaqişəni yeni qarşıdurma səviyyəsinə çıxarır.

Modern.az xəbər verir ki, bunu Rusiyanın Berlindəki səfiri Serey Neçayev deyib.


Onun sözlərinə görə, bu addım həm də gələcəkdə Moskva ilə Berlin arasında münasibətlərin normallaşmasını şübhə altına alır, “qarşılıqlı inamın qalıqlarını” məhv edir.
 

Bundan əlavə, Neçayev Almaniyanın qərarında “Böyük Vətən Müharibəsi illərində nasizm cinayətlərinə görə rus xalqı qarşısında tarixi məsuliyyəti tanımaqdan” imtina etdiyini görür.


Bundan əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit Berlinin Ukraynaya “Leopard 2” tanklarının göndərilməsinə razılıq verdiyini, həmçinin onların NATO tərəfdaşı olan ölkələrdən reeksportuna razılıq verəcəyini bildirmişdi. İlk mərhələdə Almaniya Ukraynaya 14 tank verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır