“Vaqner”çilərin məzarlığında qəbirlərin sayı 7 dəfə artıb

“Vaqner”çilərin məzarlığında qəbirlərin sayı 7 dəfə artıb

Dünya

25 Yanvar 2023, 17:07

Ukraynadakı müharibədə iştirak edən Rusiyanın "Vaqner" qruplaşması üzvlərinin basdırıldığı məzarlıqda qəbirlərin sayı 7 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın "The New York Times" nəşri mənbələrinə istinadən yazıb.

 

Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin aşpazı Yevgeni Priqojinin hərbi şirkətinin əməkdaşlarının dəfn olunduğu Krasnodar diyarında yerləşən məzarlığında son iki ay ərzində yeni qəbirlər kütləvi şəkildə artıb.

 

"2 ayda bu məzarlıqda dəfn olunanların sayı 7 dəfə artıb", - deyə nəşr qeyd edib.

 

Xatırladaq ki, "Vaqner"çilərin Ukraynadakı müharibəyə geniş şəkildə cəlb olunması ilə bağlı çoxsaylı faktlar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir