Modern.az

Berlin aeroportunda bütün reyslər ləğv edildi

Berlin aeroportunda bütün reyslər ləğv edildi

25 Yanvar 2023, 16:52

Yerüstü personalın tətili səbəbindən Berlin-Brandenburq aeroportunun 300 reysi ləğv edilib.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqının təşkil etdiyi tətilin iştirakçıları maaşlarının ayda 500 avro artırılmasını istəyir. Lakin aeroport rəhbərliyi əməkdaşlarına hələlik 2 min avroluq birdəfəlik ödəniş təklif edib.

 

Ümumilikdə 35 min sərnişinə təsir edən tətil 2018-ci ildən bəri bu sayda reysin ləğvinə səbəb olan ən irimiqyaslı aksiyadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı