Modern.az

Şolts Ukrayna ilə bağlı qərarını niyə dəyişdi? - Deputatlara izahat verdi

Şolts Ukrayna ilə bağlı qərarını niyə dəyişdi? - Deputatlara izahat verdi

Dünya

25 Yanvar 2023, 17:30

Almaniyanın kansleri Olaf Şolts Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı qərarı təsdiqlədikdən sonra Bundestaqa yollanıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, tank tədarükü ilə bağlı qərar dəyişikliyinə gedilməsinin səbəbləri barədə izahat verib.

 

Şoltsun sözlərinə görə, artıq "Leopard"ların tədarükünə görə Ukraynada hərbi eskalasiyanın arta biləcəyi barədə arqument aktuallığını itirib. Deputatlar ona məhz bu arqumentlə tank tədarükünü gecikdirdiyini xatırladıblar.

 

"Öz xəttimizdə qalmaqda israr etmək böyük səhv olardı. Biz fəaliyyətimizi müttəfiqlərimizlə koordinasiya etməliyik", - deyə o bildirib.

 

"Mən bu məsələ ilə bağlı heç vaxt təxribat sözünü işlətməmişəm. Təxribat Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsidir", - Şolts əlavə edib.

 

Almaniya kansleri mülki infrastrukturun bərpası ilə bağlı Ukraynaya humanitar yardım göstərilməsi barədə də danışıb: "Bununla bağlı işlər görülür".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu