Modern.az

Moskva Helsinki Qrupu ləğv edildi

Moskva Helsinki Qrupu ləğv edildi

25 Yanvar 2023, 17:36

Moskva Şəhər Məhkəməsi Moskva Helsinki Qrupu (MHG) haqqında qərarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, məhkəmə Moskva Helsinki Qrupunun ləğv edilməsinə qərar verib.

 

Xatırladaq ki, Moskva Helsinki Qrupu insan haqları təşkilatı 1976-cı ildə Sovet İttifaqı dövründə yaradılıb. 

 

Qeyd edək ki, təşkilatın missiyası Rusiyada insan haqlarına riayət olunmasını və demokratiyanın qurulmasını təşviq etmək kimi müəyyən edilib. Bu məqsədlə təşkilat yarandığı gündən insan hüquqlarının pozulması hallarının aşkarlanması və Rusiya tərəfindən üzərinə götürdüyü beynəlxalq insan hüquqları öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər görülməsi ilə məşğul olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir