Modern.az

Baxmutu tərk etməyəcəyik - Ukrayna Baş Qərargahı

Baxmutu tərk etməyəcəyik - Ukrayna Baş Qərargahı

Dünya

25 Yanvar 2023, 17:54

"Nə qədər ki, müdafiə olunmaq mümkündür, Baxmutu tərk etməyəcəyik".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andrey Kovalyev milli telemarafonun efirində deyib.

 

Onun sözlərinə görə, hər şey nəzarət altındadır.

 

"Mediada bu barədə çox dərc olunsa da, Baxmutdan çıxmaq barədə məsələ yoxdur. Baxmutda zirzəmilər var. Müdafiə olunmaq, ərazini saxlamaq üçün imkanlar mövcuddur. Döyüşçülərimiz Baxmutda qalmağa davam edəcək", - deyə sözçü qeyd edib.

 

Xatırladaq ki, bu gün Ukrayna tərəfi rəsmi olaraq Soledarı tərk etdiyini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!