Modern.az

Fransa hərbçilərini bu ölkədən çıxarır

Fransa hərbçilərini bu ölkədən çıxarır

26 Yanvar 2023, 08:16

Fransa Burkina-Faso hökumətinin tələblərini nəzərə alaraq, bir ay ərzində hərbçilərini bu ölkədən çıxaracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, proses iki ölkə arasında 2018-ci ildə imzalanmış müqavilənin Burkina-Faso tərəfindən ləğv edilməsinə uyğun olaraq həyata keçiriləcək.


Hazırda Burkina-Fasoda 400 Fransa hərbçisi xidmət edir. Onlar fevralın sonunadək ölkədən çıxarılacaq. Həbi texnikanın və avadanlıqların çıxarılması aprelin sonlarında başa çatacaq.


Qeyd edək ki, ötən həftə Burkina-Faso hökuməti Fransadan hərbçilərini ölkədən çıxarmağı tələb etmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir