Modern.az

Almanlar Ukraynaya tank verilməsinə etiraz etdilər

Almanlar Ukraynaya tank verilməsinə etiraz etdilər

Dünya

26 Yanvar 2023, 08:24

Almaniyanın Bavariya federal əyalətində Ukraynaya alman tanklarının və silahlarının verilməsinə qarşı nümayiş keçirilib.

 

Modern.az xəbər verir ki, aksiya “Muenchen steht auf” hərəkatı tərəfindən təşkil olunub.

 

Etirazlara yüzlərlə insan qatılıb. Onlar Münxenin mərkəzi meydanına toplaşaraq sülhə çağıran və Ukraynaya tankların verilməsini pisləyən şüarlar səsləndiriblər.

 

Etirazçılar Ukraynada “silahsız sülh”ün bərqərar olmasını və “müharibənin digər forması olan iqtisadi müharibənin bitməsi”ni tələb ediblər.

 

Qeyd edək ki, ötən gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır