Modern.az

Baydenin reytinqi eks-prezidentlər arasında ən aşağıdır

Baydenin reytinqi eks-prezidentlər arasında ən aşağıdır

Dünya

26 Yanvar 2023, 10:23

ABŞ prezidenti Co Baydenin prezidentliyinin ikinci ilindəki reytinqi İkinci Dünya Müharibəsindən sonra Vaşinqton administrasiyasının bütün rəhbərləri arasında ən aşağı göstəriciyə düşüb. Yalnız eks-prezident Donald Tramp bu göstəriciyə malikdir.


Modern.az xəbər verir ki, bu barədə Gallup sosioloji xidmətinin dərc etdiyi məlumatda deyilir.
 

Gallup 2022-ci il yanvarın 19-dan 2023-cü ilin yanvarın 19-na qədər keçirdiyi sorğuları təhlil edib və bildirib ki, hazırkı Amerika liderinin işini bəyənmə nisbəti Trampın 40,4%-i ilə müqayisədə 41% təşkil edib. Dövlət başçısı kimi ikinci ilində ən yüksək dəstəyə 35-ci prezident Con Kennedi (72,1%), 43-cü prezident Corc Buş (71,3%), 41-ci prezident Corc Buş (66,8%), 34-cü prezident Duayt Eyzenhauer (65,5%), 37-ci prezident Riçard Nikson (56,2%) malik olub. 44-cü və 42-ci prezidentlər Barak Obama və Bill Klintona dəstək səviyyəsi 50%-dən aşağı düşüb və müvafiq olaraq 46,7% və 45,9% təşkil edib.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?