Modern.az

44 günlük müharibədə ölən ermənilərin valideynlərindən ETİRAZ

44 günlük müharibədə ölən ermənilərin valideynlərindən ETİRAZ

26 Yanvar 2023, 10:50

Ermənistanın paytaxtı İrəvan şəhərində 44 günlük müharibə zamanı ölən hərbçilərin valideynləri etiraz aksiyası keçiriblər.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiyaçılar İstintaq Komitəsinin inzibati binasının önünə toplaşıblar.

 

Onların etirazına səbəb ötən ilin sentyabrında Ermənistanın dövlət müstəqilliyi günündə müharibədə ölənlərin basdırıldığı Yerablur məzarlığında polis və valideynlər arasında baş vermiş insidentdir.

 

Etirazçılar insident zamanı polisin zorakılıq əməllərinin araşdırılmasını və hüquqi qiymət verilməsini tələb ediblər.

 

Saxlanılanlarla bağlı məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi