Modern.az

Xameneidən Quranın yandırılmasına sərt REAKSİYA

Xameneidən Quranın yandırılmasına sərt REAKSİYA

Dünya

26 Yanvar 2023, 11:12

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei son vaxtlar bəzi Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasına münasibət bildirib.

Modern.az xəbər verir ki, Xamenei Qərbdə atılan bu addımla İslam və Quranın hədəf alındığını söyləyib.

İran rəhbəri bu barədə özünün Tvitter hesabındakı ərəb səhifəsində yazıb.

Ayətullah Xamenei öz paylaşımında bir sıra Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasını planlı və hədəflənmiş çılğın hərəkət kimi qiymətləndirib.

“Söz azadlığı adı altında Qurana qarşı ağılsızcasına təhqirlər göstərir ki, təkəbbürlü hücumların hədəfi İslam və prinsipcə Qurandır”.

"Təkəbbür sui-qəsdinə baxmayaraq, zaman keçdikcə Quran daha da populyarlaşır və gələcək İslama aiddir", - Xamenei deyib.

Ayətullah Xamenei daha sonra vurğulayıb: "Dünyadakı bütün azadlıq axtaranlar müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı müsəlmanlarla birlikdə olmalıdırlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!