Modern.az

Özbəkistanda kütləvi ixtisar dalğası - Prezident qərar verdi

Özbəkistanda kütləvi ixtisar dalğası - Prezident qərar verdi

26 Yanvar 2023, 11:36

Özbəkistanda kütləvi məmur ixtisarları dalğası başlayıb.

 

Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, ölkənin icra hakimiyyəti orqanlarında fəaliyyətin səmərəliliyinin təşkili məqsədilə 17 mindən çox dövlət məmuru vəzifəsindən kənarlaşdırılacaq. Bu, dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına maliyyələşən dövlət qurumlarında çalışan işçilərin dörddə birini təşkil edir.

 

Həmçinin nazirlik, komitə və digər dövlət qurumlarında rəhbər müavinləri vəzifələrinin də üçdə biri ləğv ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi