Modern.az

ABŞ-ın yeni səfiri Moskvaya gəldi - FOTO

ABŞ-ın yeni səfiri Moskvaya gəldi - FOTO

Dünya

26 Yanvar 2023, 12:00

ABŞ-ın Rusiyaya təyin edilmiş yeni səfiri Lin Treysi Moskvaya gəlib.

Modern.az xəbər verir ki, məlumatı ABŞ səfirliyi yayıb.

O, ölkəsinin tarixində bu vəzifəni tutan ilk qadındır.
 

"Rusiyaya xoş gəlmisiniz, səfir Treysi!" – Amerika diplomatik missiyası Telegram kanalında yazıb.

Məlumata Moskva hava limanından çəkilmiş fotoşəkil də əlavə olunub.

Linn Treysi yanvarın 9-da ABŞ-ın Rusiya Federasiyasındakı səfiri kimi and içib. O, əvvəllər Ermənistanda səfir vəzifəsində çalışıb. Bundan əvvəl xanım Treysi ABŞ Dövlət Departamentində Avropa və Avrasiya Məsələləri Bürosunda Rusiya üzrə baş məsləhətçi (2017-2018) və ABŞ-ın Moskvadakı səfirliyində missiya rəhbərinin müavini (2014-2017) olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü