Modern.az

Erməni polkovnik 15 nəfərin ölümünə görə HƏBS OLUNDU

Erməni polkovnik 15 nəfərin ölümünə görə HƏBS OLUNDU

26 Yanvar 2023, 11:50

Ötən həftə Ermənistanın Geğarkunik vilayətindəki hərbi hissələrdən birində yanğınla müşayiət olunan partlayışın baş verməsi ilə bağlı yüksək rütbəli hərbçi həbs olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

 

Onun sözlərinə görə, həbs olunan briqada komandirinin müavini, polkovnik-leytenant Qor Aqekyan hazırda komitədə saxlanılır. Araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, rəsmi versiyaya görə, istilik təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verən hadisə nəticəsində 15 hərbi qulluqçu ölüb, həmçininin yaralananlar olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü