Modern.az

Rusiya müharibədə ölənlərini saymır - Prezident

Rusiya müharibədə ölənlərini saymır - Prezident

26 Yanvar 2023, 13:00

"Rusiya itkilərinə əhəmiyyət vermir".

 

Modern.az xəbər verir ki, bunu "SKY News"a müsahibəsi zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

"Son günlər daha güclü hücumlar olub və Ukrayna qüvvələrinin müdafiə gücünə malik olması son dərəcə vacibdir. Hər şey bizim onları nə qədər yerinə oturda biləcəyimizdən asılıdır. Şərqdə onlar irəliləyirlər və çoxlu canlı qüvvə itirirlər. İnanılmaz rəqəmlər var. Onlar buna əhəmiyyət vermirlər. İnsanları saymırlar. Biz onların adamlarını sayırıq. Məlumatımıza görə, onların tərəfində minlərlə ölü var", - deyə Zelenski bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir