NATO müdafiə nazirlərinin iclası çağırıldı

NATO müdafiə nazirlərinin iclası çağırıldı

26 Yanvar 2023, 13:24

Fevralın 14-15-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

 

Toplantıya NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək. İclasdan bir gün əvvəl - fevralın 13-də Baş katib mətbuat konfransı keçirəcək.

 

Bundan başqa, fevralın 14-də NATO-nun qərargahında ABŞ-ın təşəbbüsü ilə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun ayrıca iclası təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır