Modern.az

İsrail Ukraynaya gülləkeçirməz maşınlar verdi

İsrail Ukraynaya gülləkeçirməz maşınlar verdi

31 Yanvar 2023, 20:46

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, maşınlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq. “İsrail Müdafiə Nazirliyi ukraynalı xilasedicilərə 3 gülləkeçirməz sanitar maşın verib”, - məlumatda deyilir.

 

Qeyd olunub ki, maşınlar İsrailin “Plasan Reem” şirkəti tərəfindən istehsal edilib. Maşınlar lazımi tibbi avadanlıqlarla təchiz edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər