Modern.az

Daxili düşmənə zərbə vururuq - Ukrayna kəşfiyyatının rəhbəri

Daxili düşmənə zərbə vururuq - Ukrayna kəşfiyyatının rəhbəri

1 Fevral 2023, 17:28

"Biz indi daxili düşmənə zərbə vururuq".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

 

Onun sözlərinə görə, qurum hazırda prezidentin qarşıya qoyduğu tapşırığı yerinə yetirir və bu, xidmətin artıq apardığı hərtərəfli və sistemli işin yalnız birinci mərhələsidir.

 

"Biz dayanmağı planlaşdırmırıq. Xüsusilə müharibə şəraitində Ukraynaya zərər vurmaq cəsarəti olan hər bir cinayətkar onun əllərinə qandal taxacağımızı aydın şəkildə dərk etməlidir", - deyə Malyuk bildirib.

 

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti bir neçə yüksək vəzifəli şəxsin və sabiq məmurların evində axtarış aparıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir