Modern.az

ABŞ Rusiyaya yeni sanksiya tətbiq etdi 

ABŞ Rusiyaya yeni sanksiya tətbiq etdi 

Dünya

2 Fevral 2023, 00:58

ABŞ Rusiya ilə əlaqəsi olan 10 fiziki şəxs və 12 şirkətə qarşı sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 22 fiziki və hüquqi şəxsin fəaliyyətini bloklayıb.

 

Sanksiya tətbiq edilən şəxslər Latviya, Sinqapur, Rusiya, İsrail, Özbəkistan və Kipr vətəndaşlarıdır.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır