Modern.az

Rusiyanın əhalisi niyə azalır… - SƏBƏB

Rusiyanın əhalisi niyə azalır… - SƏBƏB

Dünya

3 Fevral 2023, 11:30

Rusiyanın Dövlət Statistika Xidməti (“Rosstat”) ölkə əhalisinin 2022-ci il ərzində 550 min nəfərdən çox azaldığını bildirib. Rəsmi məlumata görə, 2023-cü il yanvarın 1-nə ölkədə 146 milyon 424 min 729 nəfər yaşayır.

Rusiya Elmlər Akademiyası Federal Elmi Tədqiqat Mərkəzinin Demoqrafik Tədqiqatlar İnstitutunun şöbə müdiri Alla İvanova ölkə əhalisinin azalma səbəbini izah edib.

Modern.az xəbər verir ki, Alla İvanovanın sözlərinə görə, 1990-cı illərdə anadan olan qadınların reproduktiv yaş həddinə daxil olması nəticəsində Rusiyada doğum səviyyəsi azalıb.

İvanova deyib ki, Rusiyada əhalinin azalması koronavirus pandemiyasının başlamasından əvvəl başlayıb.
 

Onun sözlərinə görə, 1990-cı illərdə doğulan qadınların reproduktiv yaş həddinə daxil olması təbii olaraq bugünkü statistikaya təsir edib. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində doğulan qızlar bir neçə uşaq dünyaya gətirmək istəmirlər.

Ekspertlər doğum səviyyəsinin azalmasının səbəbləri sırasında mənzil problemi və ailə gəlirlərinin az olması faktlarını da qeyd edirlər.

Eyni zamanda, müharibədən sonrakı dövrdə doğulan nəsillər hesabına ölənlərin sayı artıb ki, bu da əhalinin azalmasına təsir göstərib.

“Əhalinin azalması proqnozlaşdırılırdı və buna pandemiya faktorları da əlavə edilib. Biz pandemiyadan çıxmağa vaxt tapmadan dinamikaya da təsir edəcək yeni dövrə qədəm qoyduq”, - İvanova bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir