Ukraynada daha bir yüksək vəzifəli hərbçi istefa verdi

Ukraynada daha bir yüksək vəzifəli hərbçi istefa verdi

3 Fevral 2023, 11:42

Ukrayna Müdafiə Nazirliyinin departament rəisi Aleksandr Liyev istefa verib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hərbçi öz xahişi ilə vəzifəsindən azad edildiyini açıqlayıb.

 

Əvvəllər o, rusiyayönlü mövqedə ittiham olunub. Bir neçə gün əvvəl mətbuatda Liyev 2014-cü ildə Krımın ilhaqını dəstəkləməkdə, habelə Rusiya pasportuna malik olmaqda günahlandırılırdı.

 

Liyev cavab olaraq bildirib ki, onun yalnız Ukrayna vətəndaşlığı var, heç vaxt Rusiya pasportu olmayıb və Krımla bağlı sözləri kontekstdən çıxarılıb.

 

Ukrayna Müdafiə Nazirliyi isə Liyevin işə qəbul mərhələsində və iş zamanı Təhlükəsizlik Xidməti də daxil olmaqla, bütün lazımi yoxlamalardan keçdiyini bəyan edib.

 

"Bu müddət ərzində Aleksandr Liyevin Ukrayna vətəndaşlığından başqa vətəndaşlığa malik olmasını təsdiq edən heç bir fakt Müdafiə Nazirliyinə təqdim edilməyib", - deyə məlumatda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq