Modern.az

Separatçılar arasında daxili böhran dərinləşir - Arayik əks-hücuma keçir

Separatçılar arasında daxili böhran dərinləşir - Arayik əks-hücuma keçir

Dünya

3 Fevral 2023, 12:02

Qarabağ separatçıları arasında daxili böhran daha da dərinləşir. Son zamanlar Qarabağda və Ermənistanda müxtəlif dairələrin hədəfində olan separatçıların başçısı Arayik Arutyunyanın əks-hücuma keçdiyi bildirilir.

Modern.az xəbər verir ki, Arutyunyana yaxın mənbələr “Hraparak”a bildiriblər ki, separatçıların başçısı ona qarşı aparılan antitəbliğatın bütün mənbələrini üzə çıxarmaq qərarına gəlib.

Bunun üçün o, Xankəndidəki qondarma rejimin “xüsusi xidmət orqanı”na sosial şəbəkələrdəki saxta səhifələr vasitəsilə dezinformasiya yayan “məmurların” araşdırılıb tapılması barədə tapşırıq verib.

Dünən Arayik Arutyunyan barədə mütəmadi olaraq dezinformasiyalar yayan “Artur Baghdasaryan” adlı Facebook səhifəsinin Xankəndidə vəzifə tutan bir məmurun istifadə etdiyi üzə çıxıb.

Məlumata görə, adıçəkilən məmur qondarma “təhlükəsizlik şurası”nın əməkdaşıdır. Eyni “qurum”un qadın əməkdaşının da saxta səhifədən istifadə etdiyi müəyyən edilib.

“Hraparak” yazır ki, son vaxtlara qədər “təhlükəsizlik şurası”na hazırda Arayik Arutyunyanın müşaviri olan Vitali Balasanyan rəhbərlik edib, bu isə o deməkdir ki, “ifşa olunmuş” məmurların Balasanyanla əlaqəsi ola bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır