Modern.az

ABŞ qırıcı təyyarələrlə son sözü deyəcək - Kuleba

ABŞ qırıcı təyyarələrlə son sözü deyəcək - Kuleba

3 Fevral 2023, 12:04

"Almaniya Ukraynaya döyüş təyyarələrinin verilməsində əsas rol oynamayacaq".

 

Modern.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukryanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

"Qırıcı təyyarələrlə ABŞ son sözü deyəcək. Qırıcıların Ukraynaya mümkün transferini müzakirə edərkən, ən çox F-16-dan danışırlar, çünki bu, ən kütləvi döyüş təyyarəsidir. Əlbəttə, biz İsveçin "Grippens", Fransanın "Mirage" və "Rafalies" kimi digər təyyarələrini hesabdan silmirik. Biz bütün tərəfdaşlarla ünsiyyətə açığıq", - Kuleba bildirib.

 

Eyni zamanda o, Almaniya kansleri Olaf Şoltsun döyüş təyyarələri ilə bağlı qəti mövqeyini şərh edib. Nazir qeyd edib ki, Berlinin qərarı "Leopard" tanklarının, İRİS-T hava hücumundan müdafiə sistemlərinin təchizatında mühüm əhəmiyyət kəsb edir, çünki bunlar alman texnologiyalarıdır.

 

"Bununla belə, təyyarə məsələsində ABŞ istehsalçı ölkə kimi əsas rol oynayır", - deyə XİN rəhbəri əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir