Modern.az

Finlandiya baş naziri: "İsveçsiz NATO-ya girməyəcəyik"

Finlandiya baş naziri:

Dünya

3 Fevral 2023, 13:18

Finlandiya baş naziri Sanna Marin ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb.

 

Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, o, Finlandiyanın İsveçsiz NATO-ya daxil olmayacağını bəyan edib.

 

"Finlandiya və İsveç NATO üzvlüyü üçün birgə müraciət edib və hamı maraqlıdır ki, biz birlikdə daxil olaq. Hər iki ölkə bütün kriteriyalara cavab verir. Biz istəyirik ki, Türkiyə və Macarıstan tez ratifikasiya etsinlər. Xeyli səbəblər var ki, bunlara görə biz birgə müraciət etmişik və eyni vaxtda NATO üzvü olmağa ümid edirik", - deyə Marin bildirib.

 

Qeyd edək ki, Türkiyə terrorla mübarizədə dəstək vermədikləri üçün bu ölkələrin NATO üzvlüyünə veto qoyacağını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü