Modern.az

Zelenskiyə İranla diplomatik əlaqələri kəsməyi təklif etdim - Kuleba

Zelenskiyə İranla diplomatik əlaqələri kəsməyi təklif etdim - Kuleba

3 Fevral 2023, 13:52

"Ukrayna Tehranın davranışlarından asılı olaraq istənilən vaxt İranla diplomatik münasibətləri kəsmək qərarına gələ bilər".

 

Modern.az xəbər verir ki, bunu BBC-yə müsahibəsi zamanı Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

 

O qeyd edib ki, yanvarın sonunda İranda baş verən partlayışların arxasında kimin dayandığını bilmir.

 

"Ukrayna tarixən İrana qarşı heç bir pislik etməyib. Lakin İran Ukraynaya qarşı təcavüz üçün Rusiyaya kamikadze PUA-lar tədarük etməyə başlayıb. Bu, sərhədi keçməkdir. İrana xəbərdarlıq edirəm ki, Rusiya ilə Ukraynaya qarşı əməkdaşlıq sizə nə qədər faydalı görünsə də, sizi əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri istənilən faydadan dəfələrlə çox olacaq. İranın bundan sonra necə hərəkət edəcəyi bizim bu barədə qərarımıza təsir edəcək", - deyə nazir bildirib.

 

Kuleba, həmçinin qeyd edib ki, o, prezident Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsmək təklifini təqdim edib. Onun sözlərinə görə, məsələ hələ də açıqdır.

 

"Qərar İranın gələcək davranışından asılı olaraq hər an verilə bilər", - XİN başçısı əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir