Baş nazirlərin növbəti görüşü Soçidə olacaq

Baş nazirlərin növbəti görüşü Soçidə olacaq

3 Fevral 2023, 14:15

Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti toplantısının harada keçiriləcəyi məlum olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə qurumun kollegiya sədri Mixail Myasnikoviç açıqlama verib.

 

Onun sözlərinə görə, Aİİ baş nazirlərinin növbəti görüşü Rusiyada baş tutacaq.

 

"Növbəti dəfə 7-9 iyun tarixlərində Rusiyanın Soçi şəhərində toplantı keçiriləcək", - deyə Myasnikoviç bildirib.

 

Qeyd edək ki, sonuncu toplantı dünən Qazaxıstanın Almata şəhərində keçirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aprelin 1-i gözlər Qarabağda - Laçın yolunda post…