Modern.az

Erməni vitse-spiker Laçın dəhlizinə görə müxalifəti ittiham etdi

Erməni vitse-spiker Laçın dəhlizinə görə müxalifəti ittiham etdi

Dünya

3 Fevral 2023, 14:50

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müxalifətin Laçın dəhlizi ilə bağlı Paşinyan hakimiyyətinə təzyiqindən danışıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, müxalifətin dəhlizin bağlanmasına haqq qazandırdığını deyib.

 

"Görürəm ki, parlamentdəki dinləmə zamanı müxalifət Laçın dəhlizi barədə müxtəlif fikirlər səsləndirirlər. Bəziləri hətta dəhlizii Ermənistanın bağladığını deyir. Bir məsələdə isə hamısı ortaq məxrəcə gəlir. Deyirlər ki, dəhlizin açılması üçün bu satqın hakimiyyət getməlidir. Bütün bunlar bir məqsədlə edilir. Onlar bunu niyə edirlər? Özünüz nəticə çıxarın!", - deyə Rubinyan söyləyib.

 

Qeyd edək ki, Laçın-Xankəndi yolunda keçirilən aksiya dəhlizin humanitar məqsədlər üçün istifadəsinə maneə törətmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü