Modern.az

Müxalifət 120 mini düşünür, 3 milyonu isə unudur - Arsenyan

Müxalifət 120 mini düşünür, 3 milyonu isə unudur - Arsenyan

3 Fevral 2023, 15:34

"Biz sizə hakimiyyətə gəlməyə imkan verməyəcəyik".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində müxalifətin Laçın dəhlizi ilə bağlı dinləmə təşəbbüsünü boykot edən hakim "İctimai Müqavilə" fraksiyasının iclasdakı yeganə nümayəndəsi Qurgen Arsenyan deyib.

 

"Mən bura gələndə elə bilirdim ki, siyasi mənası olan söhbətlər gedəcək. Amma başqa şeylər eşidirəm. Müxalifət Laçın dəhlizindən danışır. Onlar 120 min əhalinin (Ermənistan tərəfi Qarabağda 120 min erməninin yaşadığını iddia edir - Red.) taleyini düşünür, amma 3 milyonluq Ermənistan əhalisini nədənsə "yaddan çıxarır". Bu insanların təhlükəsizliyinə görə məhz hazırkı hakimiyyət məsuliyyət daşıyır. Sizə hakimiyyətə gəlməyə imkan tanımayacağıq", - deyə iqtidar təmsilçisi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?