Modern.az

Fuat Oktaydan dünyaya ÇAĞIRIŞ: Şimali Kipri tanıyın!

Fuat Oktaydan dünyaya ÇAĞIRIŞ: Şimali Kipri tanıyın!

3 Fevral 2023, 16:20

Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikası (KKTC) ilə bağlı dünya ölkələrinə çağırış ünvanlayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, KKTC-ni müstəqil dövlət kimi tanımağa çağırıb.

 

"BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Kipr türklərinin bərabər statusunu qəbul etməyə, Şimali Kipr Türk Respublikasını tanımağa çağırırıq", - deyə Oktay bildirib.

 

Qeyd edək ki, 1878-ci ildə Osmanlıdan Britaniya nəzarətinə keçən adada 1960-cı ildə müstəqil dövlət qurulub. Daha sonra yunan radikal qrupların Kiprin türk əhalisinə qarşı sistematik qırğınlar törətməsi 1974-cü ildə Türkiyənin müdaxiləsinə səbəb olub və Kipr iki hissəyə bölünüb. 1983-cü ildə adanın şimalında KKTC yaradılıb. Türkiyədən başqa heç bir ölkə bu dövlətin müstəqilliyini tanımır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir