Modern.az

Avropadan “afərin” almağa möhtacdırlar - Ərdoğan müxalifəti tənqid etdi

Avropadan “afərin” almağa möhtacdırlar - Ərdoğan müxalifəti tənqid etdi

3 Fevral 2023, 16:44

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər ərəfəsində növbəti dəfə müxalifəti tənqid edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə restavrasiyası tamamlanan Aydos qalasının açılış mərasimində danışıb.

 

"14 mayda ölkəmizin gedəcəyi seçkilərdə qlobal gücləri arxasına almaq istəyən zehniyyətə qarşı meydan oxumağa hazırlaşırıq. Bunlar Avropadan "afərin" almağa möhtacdır. Bizim isə bunun millətdən gəlməsinə ehtiyacımız var", - deyə o bildirib.

 

Qeyd edək ki, hələlik rəsmi qərar olmasa da, Türkiyə prezidenti seçkilərin 14 mayda keçiriləcəyini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir