Modern.az

Kiyev hərbi komissarlığının əməkdaşı tutuldu - Rüşvətə görə (FOTOLAR)

Kiyev hərbi komissarlığının əməkdaşı tutuldu - Rüşvətə görə (FOTOLAR)

Dünya

3 Fevral 2023, 17:04

Ukrayna Təhlükəsizlik Xidməti paytaxt Kiyevin hərbi komissarlığında əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Bildirilib ki, komissarlığın hərbi həkim komissiyasının rəis müavini rüşvət aldığına görə saxlanılıb. O, çağırışçıların birindən 5000 ABŞ dolları tələb edib və bunun müqabilində səhhətinə görə icbari hərbi xidmətdən yayınmağa kömək edəcəyinə söz verib.

 

Həmçinin qeyd olunub ki, axtarışlar zamanı 5 milyon qrivna ekvivalentində külli miqdarda xarici valyuta aşkar edilib.

 

Məlumata görə, rəis müavinini əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?