Modern.az

16 ildir axtarışda olan mafiyoz aşpaz işləyirmiş

16 ildir axtarışda olan mafiyoz aşpaz işləyirmiş

3 Fevral 2023, 17:12

İnterpol 16 ildir axtarışda olan “Ndrangheta” mafiya qrupunun üzvü Edqardo Qrekonun ələ keçirildiyini elan edib. 

 

Modern.az xəbər verir ki, Qreko Fransanın Saint Etienne şəhərindəki restoranlardan birində aşpaz işləyirmiş.

 

İnterpolun yaydığı məlumatda Qreko “çox təhlükəli cinayətkar” kimi xarakterizə edilib.

 

O, 1990-cı illərdə iki nəfəri öldürüb. Buna görə ömürlük həbs cəzasına məhkum olunub. 

 

İnterpolun baş katibi Yurgen Stok məşhur mafiyozun saxlanılması haqda deyib: “Xaricdə sakit həyat sürməyə çalışsalar da, qaçaqlar əbədi olaraq ədalətdən qaça bilməzlər. İnterpol dünyada ədalətin bərqərar olmasını həmişə təmin edəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir