Türkiyə Almaniya səfirini XİN-ə çağırdı

Türkiyə Almaniya səfirini XİN-ə çağırdı

3 Fevral 2023, 17:08

Almaniyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrea Zasse bildirib.

"Mən təsdiq edə bilərəm ki, bizim səfirimiz müxtəlif ölkələrdən olan digər həmkarları ilə birlikdə Türkiyə Xarici İşlər Nazirliyinə danışıqlara çağırılıb", - Zasse cümə günü brifinqdə deyib.
 

Onun sözlərinə görə, səfirin XİN-ə çağırılmasına səbəb Almaniyanın İstanbuldakı Baş Konsulluğunun bağlanması olub.
 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra Qərb ölkələrinin İstanbuldakı konsulluqlarının bağlanması ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, bu dövlətləri müttəfiq və dost adlandırmaq çətindir.
 

Xatırladaq ki, İsveç, Niderland, Böyük Britaniya, Fransa, İsveçrə və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçi qəbulunu dayandırdıqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Aprelin 1-i gözlər Qarabağda - Laçın yolunda post…