Modern.az

Ukraynada “Bayraktar” istehsalı ilə razılıq əldə olundu

Ukraynada “Bayraktar” istehsalı ilə razılıq əldə olundu

3 Fevral 2023, 17:57

Ukraynada “Bayraktar” zavodunun yerləşəcəyi ərazi ilə bağlı razılıq əldə olunub.

 

Modern.az “Ukrinform”a istinadən xəəbr verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, mərkəzin yeri, torpaq sahəsinin istifadəyə verilməsi və aerodromdan birgə istifadə məsələlərinin həlli ilə bağlı yol xəritəsi hazırlanıb. Zavod üçün 6000 hektardan çox torpaq sahəsi ayrılıb.

 

Nazirlər Kabineti 2025-ci ildə Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatları zavodunun işə salınacağını və ilk istehsalını proqnozlaşdırır.

 

Xatırladaq ki, Ukraynada "Bayraktar TB2" istehsalı zavodunun tikintisi üçün bütün qanunvericilik bazası formalaşıb və gələcək müəssisənin layihəsi tamamlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı