Modern.az

Blinken bu səbəbdən Çinə getmək İSTƏMƏDİ

Blinken bu səbəbdən Çinə getmək İSTƏMƏDİ

Dünya

3 Fevral 2023, 20:15

ABŞ dövlət katibi Entoni Blinken Çinə məxsus olan kəşfiyyat şarının ölkə ərazisində aşkar edilməsi səbəbindən Pekinə səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Blinken səfəri ləğv etməyib, sadəcə olaraq təxirə salıb. Məlumata görə, o, hava şarı insidentinin danışıqlarda əsas müzakirə mövzusuna çevrilməsini istəmir.

 

Qeyd edək ki, ABŞ-da kritik hərbi obyektlərin üzərində Çinə məxsus hava şarı aşkar edilib. Çin kəşfiyyat məqsədilə istifadə edilən şarların ona məxsus olduğunu təsdiq edib.

 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü