Modern.az

Almaniya Ukraynaya daha bir model tank verəcək

Almaniya Ukraynaya daha bir model tank verəcək

Dünya

3 Fevral 2023, 20:41

Almaniya hökuməti Ukraynaya "Leopard-1" döyüş tankları verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti yazıb.

 

Almaniyanın “Rheinmetall” və “Flensburger Fahrzeugbau Gesellschaft” şirkətləri yaxın vaxtlarda Ukraynaya çatdırılmaq üçün onlarla “Leopard-1” tankı istehsal edə bilər.

 

Nəşr qeyd edib ki, tank üçün sursatların alınması ilə bağlı məsələlər hələ də həllini tapmayıb.

 

Xatırladaq ki, keçən həftə Berlin Ukraynaya 14 ədəd "Leopard-2" tədarük etmək qərarına gəlib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!