ABŞ-dan İrana qarşı yeni sanksiyalar

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

4 Fevral 2023, 00:22

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken özünün "Twitter" səhifəsində məlumat verib.

 

O qeyd edib ki, sanksiyalar İranın pilotsuz uçuş aparatları istehsal edən şirkətini əhatə edib.

 

“Bu gün ABŞ İranın pilotsuz uçuş aparatları proqramında iştirak edən "Paravar Pars"ın idarə heyətinin 8 üzvünə sanksiya tətbiq edib”, - Blinken bildirib.

 

O əlavə edib ki, ABŞ Rusiyanın Ukraynada müharibə aparmaq üçün ümidsiz cəhdlərini məhdudlaşdırmağa davam edəcək.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq