Modern.az

ABŞ Çinin hava şarını vurdu - YENİLƏNİB (VİDEO) 

ABŞ Çinin hava şarını vurdu - YENİLƏNİB (VİDEO) 

4 Fevral 2023, 23:52

ABŞ Hərbi Hava Qüvvələri Çinə məxsus hava şarını zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Qeyd olunub ki, hava şarı insanlara təhdid yaratmayacaq ərazidə vurulub.

​​​​​​

 

***

ABŞ Çinə məxsus hava şarını Atlantik okeanı üzərində vura bilər.

 

Modern.az xəbər verir ki, bu barədə AP agentliyi anonimlik şərti ilə danışan 4 ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Bayden administrasiyası hava şarının vurulması planını nəzərdən keçirir.

 

Məsələ ilə bağlı yekun qərarı Bayden verəcək. O, mətbuata açıqlamasında kəşfiyyat şarı ilə məşğul olacaqlarını bildirib.

 

Vaşinqton hava şarının ABŞ ordusunu izlədiyindən şübhələnir, Pekin isə şarın meteoroloji məqsədlər üçün nəzərdə tutulduğunu bildirib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir