Modern.az

Serbiya NATO-ya üzv olmaq istəmir - Prezident

Serbiya NATO-ya üzv olmaq istəmir - Prezident

Dünya

5 Fevral 2023, 09:06

Serbiya Avropa İttifaqına üzvlük yolunda irəliləyir, lakin NATO-ya daxil olmaq istəmir.

 

Modern.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

 

Onun sözlərinə görə, Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək niyyətindədir. Vuçiç hesab edir ki, Avropaya inteqrasiya ilə Avro-Atlantik məkana inteqrasiyası arasında böyük fərq var.

 

Bundan əlavə, Serbiya Prezidenti hakimiyyətdə qalmaq naminə Kosovo məsələsində heç vaxt danışıqlara getməyəcəyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!