Modern.az

Türkiyədə dəhşətli zəlzələ - FOTOLAR (YENİLƏNİB)

Türkiyədə dəhşətli zəlzələ - FOTOLAR (YENİLƏNİB)

Dünya

6 Fevral 2023, 07:12

Türkiyənin Kahramanmaraş bölgəsində güclü zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, 7.4 bal gücündə qeydə alınan zəlzələ nəticəsində çoxlu sayda bina dağılıb.

 

Zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. Zəlzələ Türkiyənin bir neçə vilayətində, o cümlədən İsrail, Suriya, İraq və Livanda da hiss edilib.

 

Şanlıurfa bölgəsində 16 binanın çökdüyü, dağıntılar altında vətəndaşların qaldığı bildirilib. Bu şəhərdə zəlzələ nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub.

 

Osmaniyə şəhərində isə 34 bina dağılıb, 5 nəfər həlak olub. Axtarış tədbirləri davam edir.

 

Adana valisi 11 mərtəbəli binanın uçması nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb. Çukurovada isə 3 bina tamamilə dağılıb.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir