Modern.az

Türkiyədə qaz kəməri partladı - VİDEO

Türkiyədə qaz kəməri partladı - VİDEO

Dünya

6 Fevral 2023, 10:25

Türkiyənin Hatay vilayətində qaz kəmərində partlayış baş verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində böyük yanğın olub.

 

Ətraf ərazilərdə müşahidə olunan yanğının hansı səbəbdən baş verməsi bəlli deyil.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu