Türkiyədə ötən gün baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2921 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer bildirib.
Onun sözlərinə görə, təbii fəlakət zamanı yaralananların sayı 15 min nəfəri ötüb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
***
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 2316 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd olunub ki, yaralıların sayı 13 293 nəfər, dağılan binaların sayı isə 6217-dir.
***
23:17
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1762 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Qeyd edilib ki, zəlzələ zamanı 12 068 nəfər yaralanıb, 5606 bina dağılıb.
***
21:20
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O qeyd edib ki, zəlzələ zamanı 11 119 nəfər yaralanıb.
***
19:33
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1541 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
Regionlara görə ölənlərin sayı aşağıdakı kimidir:
Kahramanmaraş - 234 nəfər
Hatay - 524 nəfər
Osmaniyə - 205 nəfər
Adıyaman - 20 nəfər
Diyarbəkir - 46 nəfər
Şanlıurfa - 30 nəfər
Qaziantep - 309 nəfər
Kilis - 13 nəfər
Adana - 58 nəfər
Malatya - 106 nəfər
Məlumata görə, zəlzələ zamanı 9733 nəfər yaralanıb, 3471 bina dağılıb.
F.Oktay qeyd edib ki, gün ərzində ümumilikdə 145 afterşok baş verib, onlardan 3-nün gücü 6 baldan yuxarı olub.
***
18:34
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 1498 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, zəlzələ zamanı 8533 nəfər yaralanıb, 2834 bina dağılıb. Həlak olanların sayının artacağı istisna edilmir.
***
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Həmçinin bildirilib ki, zəlzələ zamanı 7634 nəfər isə yaralanıb.
***
16:10
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
14:08
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
"Dövlətimiz zəlzələ anından etibarən bütün qurumlarla dərhal hərəkətə keçib. Bütün imkanlar səfərbər edilib. Valilərin yanına 10 vali də göndərilib. 9 min personal axtarış-xilasetmə tədbirlərini davam etdirir", - deyə Prezident bildirib.
"912 vətəndaşımız həyatını itirdi, 5385 nəfər isə yaralıdır", - Ərdoğan zəlzələ qurbanlarının sayını açıqlayıb.
Son məlumatlara görə, təbii fəlakət zamanı 2818 bina dağılıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.