Modern.az

Bu, 1939-cu ildən bəri ən güclü zəlzələdir - Ərdoğan

Bu, 1939-cu ildən bəri ən güclü zəlzələdir - Ərdoğan

6 Fevral 2023, 14:25

"Türkiyədəki zəlzələ 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir".

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

Onun sözlərinə görə, o zaman 33 min insan ölmüş, 100 mindən çox insan yaralanmışdı.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi