Modern.az

Ukrayna “Vaqner”i beynəlxalq cinayətkar təşkilat kimi tanıdı

Ukrayna “Vaqner”i beynəlxalq cinayətkar təşkilat kimi tanıdı

Dünya

6 Fevral 2023, 18:54

Ukrayna parlamenti Rusiyanın “Vaqner” muzdlularını beynəlxalq cinayətkar təşkilat kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

 

Bundan əlavə, Ali Rada Rusiyanın bütün özəl hərbi şirkətlərini terror təşkilatı kimi tanıyan qətnamə qəbul edib.

 

Qərarda qeyd olunub ki, Ukraynanın dövlət qurumları "Vaqner"in fəaliyyətinin cinayət xarakterini göstərən təkzibedilməz sübutlar əldə ediblər.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi "Vaqner"i transmilli cinayətkar təşkilat elan edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi