Modern.az

Daha bir türk dövləti Türkiyəyə xilasedici göndərdi

Daha bir türk dövləti Türkiyəyə xilasedici göndərdi

Dünya

6 Fevral 2023, 20:18

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin 63 nəfərdən ibarət axtarış-xilasetmə qrupu Türkiyəyə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Qrupun göndərilməsinə Qırğızıstan Prezidenti Sadir Japarov qərar verib. Səhiyyə işçiləri və psixoloqlar, eləcə də axtarış-xilasetmə əməkdaşlarından ibarət qrupa iki xüsusi təlim keçmiş itin də daxil olduğu bildirilib.

 

Qeyd olunub ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyi yaxın vaxtlarda Türkiyəyə humanitar yardım göndərməyə hazırlaşır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər