Modern.az

Türkiyəyə göndərilən erməni xilasedicilərin sayı açıqlandı - YENİLƏNİB

Türkiyəyə göndərilən erməni xilasedicilərin sayı açıqlandı - YENİLƏNİB

Dünya

8 Fevral 2023, 12:10

Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə göndərdiyi xilasedicilərin sayı məlum olub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişinə əsasən, Türkiyəyə ümumilikdə 27 xilasedici göndərilib, onların arasında tibb işçisi olan qadınlar da var.

 

Həmçinin Ermənistandan Suriyaya göndərilən xilasedicilərin sayı da məlum olub. Belə ki, İrəvandan bu ölkəyə 29 xilasedici yola düşüb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 6957 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 38 224 nəfərdir.

 

***

07.02.2023 / 15:40

 

Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə dəstək verəcək.

Modern.az xəbər verir ki, Tert.am-ın məlumatına görə, hökumət Daxili İşlər Nazirliyinin xilasetmə xidməti qrupunun Türkiyəyə səfəri ilə bağlı qərarı artıq təsdiqləyib.

Erməni xilasetmə qrupu Türkiyə-Suriya sərhədində zəlzələdən zərər çəkmiş ərazidə axtarış-xilasetmə işləri aparacaq.

Hazırda təşkilati işlər həyata keçirilir.

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin və yaralananların sayı durmadan artır. Son məlumatlara görə,  3432 nəfər həyatını itirib, 21103 nəfər isə yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü